"Bakcell" "göz qırpımında" oğurlyır
"Bakcell"in gündə 1,5 milyon haram qazancı hardan gəlir?
"Bakcell"in öz müştərilərinin cibinə girməsi təzə söhbət deyil, amma bu dəfə yeni bir nüans müşahidə etmişik. Zatən bu sətirlərin müəllifinin telefon nömrəsini media camiyyəsinin çoxu bilir. Ona görə də "Bakcell"in oğurluq etdiyi abunəçinin telefon nömrəsini açıq yazmaq olar: 055-847-66-05. Bu nömrə üzərindən hər ay 10 manatlıq "Klass" paketi götürürük. Bu ay hiss etdik ki, internet trafiki çox sürətlə əriyir. Ona gorə də danışıq bonuslarından istifadəyə görə gələn mesajlarda internet trafikinin qalığı ilə maraqlandıq - mesajlarda onu izləməyə başladıq. Məlum oldu ki, "Bakcell" gün ərzində internet trafikindən istifadə edmədiyimiz halda belə trafik balansını azaldır. Bir gün ərzində 8 dəfə zəng etmişik. Hər zəngin nəticələrinə görə gələn mesajda internet trafikinin 30-40 mb. azaldığını müşahidə etdik. Yəni bir gün ərzində internet paketindən istifadə etmədiyimiz halda "Bakcell" balansdan 300 mb-ya yaxın internet trafikini sildi. Bu isə cəmi internet trafikinin 20 faizinə yaxın hissəsini təşkil edir. Oğurluğun həcmi gün ərzində təxminən 1,5 manat təşkil edir. "Bakcell"in 3 milyondan çox abonenti var. Onların da yarıdan çoxu möbil internetdən istifadə edir. Allah heç bərəkət verməsin, hərdən 1 manat oğurlasalar, bu gün azı 1,5 milyon manat haram qazanc əldə edirlər. Bax, beləcə "Bakcell" abonentlərinin cibindən oğurladığı haram pullarla milyonlar qazanır.