Tanınmamış "DQR"-in dörd keçmiş "prezident"i həbs edildi
Tanınmamış respublikanın üç keçmiş prezidenti Dağlıq Qarabağda saxlanılıb
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "prezident"ləri Arkadi Qukasyan və Bako Saakyanı saxlayıblar.
Onlarla bərabər "respublika parlament"inin keçmiş "spiker"i David İşxanyan da saxlanılıb. Onların hamısı barələrində başlanmış cinayət işləri çərçivəsində Bakıya gətirilib. Qurum onlara qarşı hansı ittihamların araşdırıldığını açıqlamır.
APA xəbər agentliyi tanınmamış "respublika"nın digər keçmiş "prezident"i Arayik Arutyunyanın da saxlanılması ilə bağlı xəbər yayıb. O, da Bakıya da çatdırılacaq.
Arkadi Qukasyan 1997-2007-ci illərdə "Dağlıq Qarabağ Respublikası"nın ikinci "prezident"i olub. Üçüncü "prezident" Bako Saakyan 2007-2020-ci illərdə tanınmamış "Artsax*ın başında olub. Arayik Arutyunyan 2020-ci ilin mayından 2023-cü il sentyabrın 1-dək "Dağlıq Qarabağ Respublikası"na rəhbərlik edib.
Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyat keçirib, bundan sonra tanınmamış respublika 2024-cü il yanvarın 1-dən mövcudluğunu dayandırdığını elan edib. 10 minlərlə etnik erməni bölgəni tərk edib.
Son məlumatlara görə Qarabağdakı ermənilərin "prezident"i kimi səlahiyyətləri icra edən Samvel Şahramanyanın da saxlanılaraq Bakıya gətirilib. Bildirilir ki, "Milli qəhrəman" Vitali Balasanyan və "general" Kamo Vardanyanın taleyi isə sabah həll olunacaq.
Sentyabrın 27-də tanınmamış respublika hökumətinin keçmiş rəhbəri, iş adamı Ruben Vardanyan Qarabağı tərk etmək istəyərkən saxlanılıb. Ertəsi gün o, həbs edilib və bir neçə cinayətdə, o cümlədən terrorizmin maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirakla ittiham olunub.
Sentyabrın 29-da Azərbaycan hakimiyyəti "DQR" ordusunun keçmiş komandanı Levon Mnatsakanyanı, eləcə də tanınmamış respublikanın keçmiş "xarici işlər naziri", "prezident"in müşaviri David Babayanı saxlayıb.