İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibə başlayıb...

Bu gün səhər saatlarında Fələstinin HƏMAS hərəkatı minlərlə raketlə İsrailə hücum edib.

Bu barədə BBC məlumat yayıb. Məlumata əsasən, hazırda HƏMAS və İsrail qüvvələri arasında ən azı yeddi yerdə döyüşlər davam edir. İsrail tərəfinin məlumatlarına görə, bu səhər Həmas İsrail istiqamətində 4000-dən çox raket atıb. Bildirilir ki, Fələstinin HƏMAS hərəkatının döyüşçüləri paraşüt, paraplan və avtomobillərdən istifadə etməklə İsrailə daxil olublar. Sərhədyanı şəhərlərin küçələrində israillilərlə fələstinlilər arasında aktiv döyüşlər gedir. HƏMAS-ın hərbi qanadının rəhbəri bütün fələstinliləri silaha sarılmağa çağırıb. İsrail Müdafiə Nazirliyi buna cavab olaraq Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edib. İsrail Müdafiə Ordusunun Qəzza zolağına hücumu nəticəsində 20-dən çox fələstinli ölüb, 100-dən çox insan yaralanıb. İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib: “İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir və biz qalib gələcəyik”.