YURDUN QAN YADDAŞI
Can verib torpağ alan qəhraman oğulların adını yaşatmaq vətəndaşlıq borcumuzdur. Biz bir millət olaraq azadlığımızı, müstəqilliyimizi bu yolda can verən Vətən oğullarına borcluyuq.
Vətən deyəndə onun sevgisindən ürək döyünür, qürurlanır, insan doğma yurdunun adı çəkiləndə fərəh dolur içinə.
Bizə əmanət olan bu yurdu, canımız bahasına qorumalı, ona sahib çıxmalıyıq... İllərdir həsrət qaldığımız, 30 il uzaqdan izlədiyimiz doğma torpaqlarımız bizə qəhraman şəhidlərimizin artıq əmanətidir. Biz vətənimizə bağlıyıq ve ona sadiqik. Vətənə xəyanət olmaz. Biz öz sadiqliyimizi vətənpərvərliyimizlə millətimizə olan sevgimizlə sübut edirik.
Bunlardan birini nümunə olaraq sizlərlə bölüşməkdən qürur duyuram.
Artıq 3 ildir dayanmadan öz zehni ilə qəhramanlarımızı ürək dolusu sevgi ilə yazılarında yaşadan, illərdi ürəyi Qarabağ sevgisiylə alışıb- yanan, AYB və AJB-nin üzvü olan şair Raziyə Kamilqızının 14.10.2023-cü il tarixində Salyan rayonunun Mərkəzi kitabxanasında "Şəhidlə Şəhidəm" kitabının təqdimatı keçirilib.
Tədbir qəhraman şəhidlərimizin əziz xatirəsini yad etməklə və dövlət rəmzimiz olan himnimizin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətində Şəhid Ailələri, Müharibə Veteranları şöbəsinin müdiri Rəşad Kərimov, əməkdar müəllim Allahverdi Piriyev, kitabxananın müdiri Səidə Əliyeva, tarixçi Sahib Həsənov, şair jurnalist Əzizağa Məmmədi, "Hacı oğlu" restoranlar şəbəkəsinin müdiri Anar Cahangirov, Salyan rayon Heydər Əliyev Mərkəzinin müdiri Nübar Əliyeva, ziyalılar və məktəblilər iştirak ediblər.
İştirak edənlər qəhrəmanların həyat və döyüş yolundan ürək dolusu danışıblar, tədbirdə 30 illik həsrətini çəkdiyimiz gözəl Qarabağ diyarının ecazkar gözəlliyindən, ona qovuşduğumuz günün sevincinden qürurla söz açəblar. Tədbirin sonunda kitablar müəllif tərəfindən gələn qonaqlara təqdim edilib. Bu məsuliyyətli və qürurlu yolda həmkarıma uğurlar arzu edirəm...
Dəniz Rüzgar,
Zefertv.az xəbər saytın rəhbəri, araşdırmaçı yazar.