Beyləqanda Qərbi Azərbaycana qaydışla bağlı dəyirmi masa keçrildi
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən Beyləqan şəhər Gənclər Mərkəzində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində Dəyirmi Masa keçirilir.
Dəyirmi Masada Beyləqan rayon icra hakimiyyətinin, müvafiq dövlət orqanlarının təmsilçiləri , Beyləqanda məskunlaşmış Qərbi Azərbaycan İcmasının nümayəndələri, gənclər və qadınlar iştirak etmişdir.
Dəyirmi Masanı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli salamlama nitqi ilə açıq elan etmiş, layihənin məqsədləri və iştirakçıları barədə təqdimat etmişdir. Daha sonra rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Abdullayev iştirakçılara layihənin məqsədləri barədə məlumat verdi.
Təqdimatlardan dərhal sonra layihə 44 günlük Vətən savaşında və antiterror əməliyyatında həyatlarını qurban verən qəhrəman Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edildi.
Bundan sonra Dəyirmi Masa öz işinə başladı.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin rəhbəri İlqar Hüseynli “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri, hədəf və məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar verdi.
Dəyirmi Masa iştirakçılarına Konsepsiya sənədində yer alan problemin təsviri, hədəf məqsədlər və yanaşma, planlama və icranın əsas mövzuları, beynəlxalq hüquqi çərçivə və zəmanət, icmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması, mülkiyyət məsələləri, re-inteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalar arası barışıq maddələri üzrə detallı məlumatlar təqdim olundu.
Daha sonra Beyləqanda məskunlaşan Qərbi Azərbaycan icmasının fəalları Rahilə Kazımov, Yusif Əliyev, Vidadi Məmmədov, İsgəndər Əkbərov, Turac Məmiyeva çıxış edərək, Qərbi Azərbaycana Qayıdış Konsepsiya sənədinin vacibliyi barədə çıxış etdilər.
Natiqlər deportasiya zamanı üzləşdikləri dəhşətli erməni vəhşilikləri barədə xatərələrini bölüşdülər.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin Mətbuat Xidməti.