Gürcüstan ən çox Azərbaycana mal ixrac edib

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan, Ermənistan, Rusiya, Qazaxıstan və Qırğızıstan Gürcüstanın əsas ixracatçıları olub.

Bu barədə Milli Statistika Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, həmin dövür ərzində ixrac olunan mallara Gürcüstandan ümumilikdə 4,607,395,4 ABŞ dolları pul köçürülüb ki, bu da illik 1,2% artım deməkdir.

2023-cü ilin 1-ci 9 ayının məlumatlarına əsasən, Gürcüstanın əsas tərəfdaş ölkələrinin ilk 10-luğu aşağıdakı kimidir:

●► Azərbaycan - 632 684 500 ABŞ dolları;

●► Ermənistan - 601 525 700 ABŞ dolları;

●► Rusiya - 511 770 700 ABŞ dolları;

●► Qazaxıstan - 503 698 600 ABŞ dolları;

●► Qırğızıstan - 494 528 000 ABŞ dolları;

●► Türkiyə - 334 547 700 ABŞ dolları;

●► Çin - 267 393 900 ABŞ dolları;

●► Bolqarıstan - 212 982 600 ABŞ dolları;

●► Özbəkistan - 77 547 700 ABŞ dolları;

●► Ukrayna - 73 967 800 ABŞ dolları.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanın ilk on əsas ixracatçı ölkəsi kimi Çin, Azərbaycan, Rusiya, Ermənistan, Türkiyə, Bolqarıstan, ABŞ, Ukrayna, Qazaxıstan və Peru yer almışdır.