"Azəriqaz" korrupsoyanı belə ört-basdır edir
"Azəriqaz" İstehsalat Birliyinin işçiləri vətəndaşların başına oyun açırlar. "Azəriqaz" İB-nın abunəçilərə qarşı etdikləri qanunsuz hərəkətlər vətəndaşların haqlı narazılığına və gileylərinə səbəb olur. Bildirək ki, qurum tərəfindən vətəndaşlara qanunsuz cərimələr yazılmaqdadır. Masallı rayonunun Ərkivan qəsəbə sakini Musabayev Sakit Nuri oğlu bildirir ki, 2015-ci ildən Masallı rayonundan Bakı şəhərinə köçərək Hövsan qəsəbəsində yaşayır.
Sakit rayondan köçdüyü vaxtdan Masallıdakı evində heç kim yaşamadığı halda, "Azəriqaz" İB-nın Lənkəran rayon qaz istismar idarəsinin əməkdaşları tərəfindən Musabayev Sakit Nuri oğluna 22447 manat qeyri-qanuni formada cərimə yazılıb.
Necə olur, eyni zamanda vətəndaş həm Hövsan qəsəbəsində, həm də Masallı rayonunda kommunal ödənişlər etsin? Bu hansı məntiqə uyğundur?
"Azəriqaz" bu dələduzluq hərəkətlərini tək cənub bölgəsində yox, bütün regionlarda həyata keçirməkdədir.
Görünür, "Azəriqaz"ın işçiləri Sakitin ailə üzvülərinin evdə yaşamadıqlarından istifadə edərək, özləri bilərəkdən qaz sayğacına müdaxilə edərək vətəndaşa külli miqdarda cərimə yazıblar. Bunu elə məhkəmə də bu förmada sübuta yetirib.
Vətəndaşın haqlı qarşılıqı iddiası əsasında Masallı rayon məhkəməsi "Azəriqaz" İB-nın cərimə aktını etibarsız hesab etmiş və qaz sərfiyyatına görə hesablanmış 22447 manat borcu silərək ədalətli qərar qəbul etmişdir.
Hər haldaa bu fakt belə təsdiqləyir ki, "Azəriqaz" İB-dakı şübhəli və həm də ən əsası - korrupsiya qoxulu fəaliyyətlər məhz vəndaşlara ağlasığmaz həcmdə borcları yazmaqla ört-basdır edilməkdədir. Bu faktlardan biridir. Bəs digərləri?