SOCAR-DA EZAMIYYƏ FIRILADĞI

"Nçilərin bildirdiyinə görə SOCAR Nəqliyyat idarəsinin 6 saylı TNİ rəhbərliyi bir aylıq ezamiyyətə göndərdiyi işçilərin ezamiyyə xərclərini hesablayarkən şənbə və bazar günləri üçün ödəniş etmir". Bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. O, baş verən olayla bağlı əlaqədar qurum və şəxslərə qanunların buyurduğu tələbləri də çattdırıb.
M.Qəhrəmanlı "Maarifləndirmə" başlığı ilə bunları açıqlayıb: "SOCAR Nəqliyyat İdarəsinin 6 saylı Texniki Nəqliyyat Departamentinin rəisi cənab Ağaxan Əsədov, qanun deyir ki,
ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiqlənməsi və xidməti tapşırığı yerinə yetirməsi, həmin işçinin ezamiyyədə olmasını təsdiq edir. O, AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququna malikdir. Ezamiyyə xərci əmək haqqı deyil, elə ezamiyyə xərcidir. İşçilər Azərbaycan Respublikasının rayonlarına ezam olunublarsa, hər hansı bir başqa səbəb göstərmədən hər gün üçün ezamiyyə pulu ödənilməlidir.

Neçə günlüyə göndərmisiniz, o sayda də günün pulunu ödəməlisiniz.
- Cəza tədbiqi:
Əgər işçilərin dediyi həqiqətdirsə, bu halda siz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən (İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə tutulan qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə, vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir)cərimə olunmalısınız.
Qeyd:
İl ərzində daxil olan çoxlu şikayətlər, apardığımız araşdırmalar və s. göstərir ki, SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisə rəhbərliyi(sahə üzrə məsul çəxs) Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" qərarı bilmir və nətiçədə işçi hüquqlarını kütləvi pozulması halları baş verir . . Düşünürəm ki, SOCAR məsul şəxslərinin şirkət tərəfindən təlimlərə cəlb olunmasına ciddi ehtiyac duyulur.
Təklif:
"Həmin təlimlər NHMT İB , peşəkar hüquqşünası tərəfindən də təşkil oluna bilər".