Gürcüstandan ən çox qoyun Azərbaycana ixrac edilib

Gürcüstandan xarici ölkələrə qoyun ixracı rekord səviyyədə artıb. Bu barədə Milli Statistika İdarəsinin hesabatında qeyd olunur. Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan 32 milyon, 397 min ABŞ dolları dəyərində qoyun ixrac olunub ki, bu da ötən ilin müvafiq göstəricilərini minimum 5 dəfə qabaqlayır. Gürcüstanın yanvar-sentyabr aylarında diri qoyun satdığı ölkələrin siyahısı belədir:

■ Azərbaycan - 14 milyon dollar dəyərində;

■ Səudiyyə Ərəbistanı - 8 milyon, 924 min dollar dəyərində;

■ İraq - 5 milyon, 5 min dollar dəyərində;

■ Küveyt - 2 milyon, 948 min dollar dəyərində;

■ Qətər - 704 min dollar dəyərində;

■ Birləşmiş Ərəb Əmirlikləri - 480 min dollar dəyərində;

■İran - 317 min dollar dəyərində; ■Livan - 115 min dollar dəyərində. 2020-2021-ci illərdə Gürcüstandan ən çox qoyun Səudiyyə Ərəbistanına ixrac edilib, 2022-ci ildə isə ixracatda Azərbaycan birinci sıraya yüksəlib.