ABŞ sülhə çağırır!

ABŞ üçün Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq prioritet olaraq qalır - Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması Vaşinqton üçün prioritet olaraq qalır.

"Dünyada baş verən hər şeyə baxmayaraq, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olmaqda davam edir. Bu, departamentin üzərində işləməyə davam edəcək bir şeydir", - Patel brifinqdə deyib.

Erməni mediası bu xəbəri sevincək yayır. Amma anlamaq istəmirlər ki, qalib tərəfin öz şərtləri var.