Gürcüstandan mal-qara idxalına görə ikinciyik

2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan yerli mal-qara ixracı 58,042 milyon dollar təşkil edib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. Bu barədə Milli Statistika Xidmətindən bildirilib.

Bu il Gürcüstandan yalnız 4 ölkəyə ümumi dəyəri 58,042 milyon dollar olan 17,622 ton diri mal-qara ixrac edilib:

● İraq - 42,517 milyon dollar (13,083 ton);

● Azərbaycan - 14,856 milyon dollar (4,228 ton);

● Ermənistan - 348,4 min dollar (217 ton);

● İran - 320,2 min dollar (93,5 ton).

Məlumat üçün bildirək ki, bu ölkədən il ərzində ən çox qoyun ixrac edən ölkə də Azərbaycandır.

Ərazisində heç bir faydalı qazıntı, qaz və nefti olmaya Gürcüstan Azərbaycanı ətlə təmin etmək istiqamətində inkişaf edir. Lakin ərazisində külli miqdarda neft və qaz yataqları, digər faydalı qazıntılar, həmçinin heyvandarlıq üçün daha əlverişli şəraiti olan Azərbaycanda ət istehsalı ildən-ilə azalır. Ona görə ki, biz heyvandarlıqla məşğul olan fermerlərin örüşlərini, yonca sahələrini əllərindən alıb, orada Türkiyədən başqa heç kimə sata bilmədiyimiz pambığı becəririk.