Sağlamlıq proqramı çərçivəsində bütün vətəndaşlar üçün doğuş və qeysəriyyə əməliyyatları tam maliyyələşdiriləcək. Bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, maliyyələşdirməyə istəyə bağlı həkimin prosesə götürülməsi və müalicə xərcləri, həmçinin dərman, yemək, palata və digər birbaşa və dolayı xərclər daxildir. "Universal sağlamlıq proqramına daxil olan bütün tibb müəssisələrində DRG modeli doğuş və qeysəriyyə əməliyyatı xidmətinin tarifləri 1222 lari təşkil edir. Göstərişsiz, könüllü qeysəriyyə əməliyyatına və ya VİP palata xidmətlərinə gəlincə, bu xidmətlər dövlət tərəfindən maliyyələşdirilmir", - məlumatda deyilir. Səhiyyə nazirinin müavini İlia Ğuduşaurinin sözlərinə görə, islahatın məqsədi yüksək keyfiyyətli tibbi xidmətlərin maksimum əlçatanlığını təmin etmək, xəstələrin əlavə ödənişlərini azaltmaq, səhiyyə sisteminin səmərəliliyini artırmaq və büdcə vəsaitlərini səmərəli xərcləməkdir", - məlumatda deyilir.