"KontaktHome" istehlakçı hüquqları tanımır!
Son zamanlar əhali arasında "KontaktHome" mağazalar şəbəkəsindən şikayətlər çoxalmaqdadır. Bu günlərdə bu üəbildən olan bie şikayət ərizəsini
Bakı şəhəri, Səbaıl rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1530 ünvanda yaşayan Hüseynov Ziyad Hüseynov "Azad İstehlakçılar” İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova göndərib. Şikayət ərizəsini olduğu kimi dərc edirik.
29 may 2023-cü il tarixdə "KantaktHome" mağazalar şəbəkəsinin Azadlıq prospektində yerləşən mağazasından həyat yoldaşım Hüseynova Vəfanın adına "Birkart"la, dəyəri 1549,99 manat olan bir ədəd LG markalı, 60m²-lık kondisioner. Kondisoner yay mövsümündə işləyən zaman arabir titrəmə səsi gəlirdi. Bunun qarsısın almaqdan ötəri çöl blokun korpusa bağlanan yerlərinə rezin qoydum, lakin heç bir köməyi olmadı. Soyuqlar düşdükdən sonra mən avadanlığı isti rejimdə işlətməyə başladım, bu zaman çöl blokdan mənzilin içərisinə sirayət edən uğultu səsi gəldi. Bu səs bizim üçün narahatlıq yaradırdı. Bu haqda mən "KantaktHome"nın servis xidmətinə müraciət edıeək, tələb etdim ki, problemi aradan qaldırsınlar. Həmin servisdən gələn əməkdaşlar dedilər ki, bu hava süzgəcindəndir, süsgəci təmizləyib yerinə qoydular, lakin heç bir fayda vermədi. Onlar dedilər ki, bu bizlik deyil, rəsmi servisdən gəlib qurğuları yoxlamalıdırlar. Bir neçə gündən sonra srvisdən yenə gəldilər, baxış keçirdilər və dedilər ki, quraşdırma vaxtı səhvə yol verilib - yəni çöl blokla iç blok arasındakı birləşmə boruları qısadır, borunu uzatmaq lazımdır və getdilər. Yenidən coxsayli müraciətlər etdim. Bir neçə gündən sonra mağazadan gəlib boruları uzadıb getdilər, yenə heç bir fayda vermədi. Mənim təkrar müraciətimdən sonra "KantaktHome"nın rəsmi srvisinin əmakdaşları gəlib, mikrofonla səsin səviyyəsin öçdülər və qeyd etdilər ki, mənzildə kondisionerdən gələn səsin səviyyəsi norma daxilindədir, amma uğultu səsi eşidilir. Bununla bərabər dedilər ki, bu "inentor" tipli kondisionerlər belə işləyir və getdilər. Bu cavab ələbəttə məni təmin etmədi, çünki uğultu səsi davam edirdi!. Bütün bu baş verənlərdən sonra mən "KantaktHome" mağasasında özünü məsul şəxs qismində təqdim edən Emil bəyə yaxınlaşdım və başıma gələnləri ona danışdım. Yenidən tələb etdim ki, ya problem aradan qaldırılsin, ya da mal yenisi ilə əvəz olunsun. O, isə iki gün sonra təkrarən servizdən başqa, Nizami adlı əmakdaşını texniki baxış üçün bizə göndərdi. Həmin şəxs bizə gələrək, texniki baxış keçirdikdən sonra həqiqətən uğultu olduğunu təsdiqlədi və bunun qusur olduğunu bildirdi. Bu barədə akt tərtib etdi. Bundan sonra telefonla özlərinin kordinatoru ilə danışdı və ona bu haqda məlumat verdi. Həmin aktın fotosu məndə var. Mən bu haqda "KantakıHome"nin rəhbərliyinə elektron formada şikəyət ünvanladım. Əvvəlki tələbimi bildirdim. Mənim şikayətimə heç bir cavab verilmədi, bir gün sonra telefonla bir xanım zəng edib bildirdi ki, biz sizə heç bir köməklik etməcəyik.
Bütün bunları nəzərə alaraq mənə köməklik etməyinizi sizdən xahiş edirəm.
Hüseynov Ziyad 26.10.2022-ci il