Əksəriyyət gözləyirdi ki, Daşqın İsgəndərovu CƏZALANDIRACAQLAR... - AMMA...
Mirvari Qəhrəmanlı
Unutmayaq!
- 4-dekabr 2015-ci ildə ARDNŞ “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. SOCAR vəzifəlilərinin məsuliyyətsizliyi ucbatından baş vermiş qəza nəticəsində 33 neftçi həlak olmuş və itgin düşmüşdür və müqəssirlər bu vaxtadək cəzasız qalmışdır.
-4 dekabr 2015-ci ildə tufan nəticəsində dalğalar SOCAR Neft Daslarinin 501-saylı meydançasını üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.
Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.
Allahdan qəza qurbanlarına rəhmət, ailələrinə səbir, müqəssirlərə cəza diləyirəm.
Baş verən hadisəyə görə vəzifəli şəxslərdən heç kim cəzalanmadı.Əksinə həmin vaxt "Azneft" İB baş direktoru olan Daşqın İsgəndərov, vəzifə karyerasında irəli çəkilib, SOCAR-ın vitse prezidenti təyin olundu..."