Olduğunuz yer üzrə necə qeydiyyata düşə bilərsiniz? - CAVAB
Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu olduğunuz yer üzrə qeydiyyata düşməklə bağlıdır.
Maraqlıdır, görəsən, olduğunuz yer üzrə necə qeydiyyata düşə bilərsiniz?
Lent.az xəbər verir ki, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) AR-ın Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt ([email protected]) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinə və "ASAN xidmət" mərkəzlərinə təqdim etməlidir.