İki övladı da xəstə olan ana yardım istəyir: “Kirayəni belə ödəyə bilməmişik” - FOTO
16 yaşlı Ərkanın sizin yardımınıza ehtiyacı var.
Bu barədə Lim10.az-a Ərkanın anası Turanə Vəliyeva məlumat verib.
O bildirib ki, övladı üç ildir kəskin leykozdan əziyyət çəkir.
“Ərkan üç ildir kəskin leykozdan əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etməyə çalışmışıq. İnanın, borc almadığımız adam qalmayıb. Biz əvvəllər Qax rayonunda yaşayırdıq, Ərkanın səhhəti ilə bağlı hər şeyimizi satıb Bakıya köçmüşük. Bir müddət kirayədə yaşadıq, ödəyə bilmədiyimiz üçün oradan da çıxdıq. İndi bir gün qardaşımgildə, bir gün baldızımgildə qalırıq. İnanın vəziyyətimiz çox acınacaqlıdır”.
Turanə Vəliyeva iki övladının da xəstə olduğunu deyib.
“Ərkanın özündən balaca bacısı var, o da xəstədir. İnanın, imkan olmadığı üçün onu həkimə belə apara bilmirik. Yoldaşım fəhləlik edir, günə 15-20 manat qazanır. Uşaqların səhhətinə görə isə mən işləyə bilmirəm. Hazırda Ərkanın müalicəsi üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 462-57-70.
Kapital Bank: 4169 7385 8548 2122.