Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
“Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edənə qədər Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət etmək missiyasını uğurla davam etdirib”.
“Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Qərargah rəisi general Levent Ergün deyib.
O bildirib ki, beləliklə, Azərbaycan və Ermənistanın sülh istiqamətində atdığı addımlar dünya ictimaiyyəti tərəfindən izlənilib.