Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + VİDEO
Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib.
Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub.
Dörd aylıq körpə qız uşağının anasının qucağından düşərək ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
15:18
Bakıda çoxmərtəbəli binadan düşərək ölən körpə bədbəxt hadisənin qurbanı olub.
Lim10.az-ın əldə etdiyi ilkin məlumata görə, dördaylıq körpə pəncərənin qarşısında nəzarətsiz şəkildə qaldığı üçün oradan yıxılıb.
Hadisənin ikinci şəxs tərəfindən törədilib-törədilməməsi isə istintaq orqanlarının araşdırmasından sonra məlum olacaq.
13:50
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Almaz Qasımova