Camaatı axmaq yerinə qoymayın!

"Uzun müddətdir "CityNet"in həm internet, həm də TV xidmətlərindən istifadə edirəm. İndiyədək heç bir internet kəsintisi olmayıb, xidmətləri normaldır". 

Bunu öz açıqlamasında ictimai fəal Anar Əhmədov qeyd edib.
Əhmədov etirazına daha sonra belə davam edir: "Ötən ay mənə mesaj gəldi ki, əlavə 14 kanaldan ibarət idman paketi əlavə olunacaq, qiyməti də 2 AZN. Əgər paketi istəməsəm, paketdən istifadə edə bilməyəcəm. İndi həmin kanalların siyahısına baxıram. Setanta Sports 1, Setanta Sports 2 kanallarını yeni salıblar, aylardır istifadə etdiyim, Матч! Футбол 2, Матч! Футбол 3, Матч! Арена, Матч! Игра, Матч Премьер kanallarını da paketlə əlavə edib, mənə 2 manata satmaq istəyirlər. "Setanta" yaxşı kanaldır, ona görə 2 manat ödəyərəm, daha yanına əvvəl verdiklərinizi niyə qoşursunuz ki? İki kanala görə, pulu adam kimi istəyə bilmirsiz? Camaatı axmaq yerinə qoymusunuz?.."