Sakinlərin diqqətinə: Bakıda təhlükəli küçədə piyada keçidi tikiləcək - VİDEO

Avtomobillərin sürətli və intensiv hərəkət etdiyi yolda, yerüstü piyada keçidinin tikintisinə start verilib.

Xezerxeber.az-ın məlumatına görə, burada, Aeroport - Mərdəkan - Zağulba avtomobil yolunun 3-cü km-lik hissəsində piyadaların rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, sözügedən yolda piyada keçidi olmadığından tez-tez piyada qəzalarının baş verməsi qaçılmaz olurdu.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, eyni yolun 11-ci kilometrliyində də yerüstü piyada keçidi inşa edilir. Hər iki keçiddə işlərin il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qurumdan o da bildirib ki, layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Ətraflı süjetdə: