Avtobus dayanacağında qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs cərimələnib - YENİLƏNİB + FOTO

“Təbriz küçəsində avtobus dayanacağında qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs cərimələnib”.

Bu barədə Lim10.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

Məlumatda qeyd olunur ki, Nərimanov rayonu, Təbriz küçəsində avtobus dayanacağında qanunsuz küçə ticarəti ilə məşğul olan N.Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsi ilə protokol tərtib olunub və həmin şəxs cərimələnib.

Avtomobilin ərazidən uzaqlaşdırılması təmin edilib.

13:08

Bakı şəhərində bəzi avtobus dayanacaqları təyinatı üzrə istifadə olunmur. Nəticədə hərəkət iştirakçıları problem yaşamalı olurlar. Avtobuslar nəzərdə tutulan yerdən kənarda dayanmalı olur, sərnişinlər isə birbaşa hərəkət zolağına çıxmalı olurlar. 

Lim10.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət yazılıb.

Qeyd olunub ki, artıq iki həftədən çoxdur Nərimanov rayonu, Təbriz küçəsində avtobus dayanacağında duran avtomobil alça, çiyələk satmaqla məşğuldur. Amma bunu nə görən, nə də tədbir görən var.

Fotonu təqdim edirik:

Əzizə İsmayılova