Günel Səfərova: “Bullinq nəticəsində hətta həyatını itirənlər də olur”

“Bullinq nəticəsində hətta həyatını itirənlər də olur”.

Lim10.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “İctimai proseslər media müstəvisində” keçirilən keçirilən forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” adlı panelində çıxışı zamanı deyib.

“Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bullinq hallarına qarşı mübarizə aparılır. Ölkədə 4000-dən artıq məktəb var. Bu o deməkdir ki, hər kəs dolayısı ilə təhsillə məşğuldur. Ona görə də bullinq məsələsi kifayət qədər aktualdır. Məsələnin ciddiyətinə gəlincə, bullinq nəticəsində hətta həyatını itirənlər də olur”.

Günel Səfərova bildirib ki, bəzi hallarda kiberbullinqi edənlərin kimliyini müəyyənləşdirmək çətinləşir:

“Çünki burada adətən saxta profillərdən istifadə olunur. Kiberbullinqə səbəb olan məqamlardan biri də kibertəhlükəsizlik qaydalarına əməl olunmamasıdır. Bu məsələdə “Məktəblinin dostu” layihəsi vasitəsilə də işlər davam edir. Məktəbdaxili monitorinq işini daha da artırmağı düşünürük”.

Almaz Qasımova