“Mətbuat Azadlığı İndeksi”nə görə Azərbaycan 13 pillə geriləyib – Ölkələrin siyahısı

 


Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2024-cü il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2024") adlı yeni hesabatını açıqlayıb.

 Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 13 pillə geriləyib.

Ötən il 180 ölkə arasında 151-ci sırada yer alan Azərbaycan bu il 164-cü sırada qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:

0-40 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("tünd qırımızı");

40-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" ("tünd narıncı");

55-70 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" (“açıq narıncı");

70-85 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı");

85-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("yaşıl") olaraq qiymətləndirilir.

Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2024-cü ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2023-cü il hesabatında 34,77 bal toplayan Azərbaycanın bu il 27,99 bal toplayıb.

Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız Belarus (167-ci yer), Türkmənistan (175-ci yer) və İranda (176-cı yer) daha pis olub.

Keçmiş SSRİ və region ölkələrinin mətbuat azadlığı sahəsindəki mövqeyi son 2 ildə aşağıdakı kimi olub:


Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, Danimarka, İsveç, Niderland və Finlandiyaya məxsus olub. 

Ən pis vəziyyət isə Eriteriya, Suriya, Əfqanıstan, Şimali Koreya və İranda qeydə alınıb.

yeniavaz.com