Bakı-Quba yolunda “Range Rover” markalı avtomobil külə döndü - AÇIQLAMA + VİDEO
Bakı-Quba yolunda “Range Rover” markalı avtomobil yanıb.
Lim10.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlayıb.
İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Lim10.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə may ayının 2-də Bakı-Quba yolunun 98-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Orxan Zaur oğlu Göyçayevin idarə etdiyi “Range Rover Velar” markalı 10-JR-059 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən alışıb.
İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib. Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
Xəsarət alan və ya ölən olmayıb.
“Sürücülərdən bir daha xahiş edirik ki, avtomobillərinin sazlığına diqqət etsinlər və avtomobilin elektrik sistemində hər hansı müdaxilələrə yol verməsinlər”, - deyə R.Tağıyev vurğulayıb.
Videonu təqdim edirik:
Əzizə İsmayılova