Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO
Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.
Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı davam edir. “Eldəniz”, “Viktoriya”, “Nataşa” sortlarına üstünlük verilir. Sentyabrda əkilən çiyələk aprel ayının sonlarından yığılmağa başlayıb.
Onun yetişdirilməsinə kifayət qədər zəhmət sərf olunur. Amma indiki qiymətlər çəkilən zəhmətə və xərcə uyğun gəlmir.
Bu səbəbdən Sabirabadda çiyələk yetişdirmə ənənəsi artıq sıradan çıxmaq üzrədir. Bu işlə məşğul olanların sayı azalır.
Ətraflı AZTV-nin süjetində: