Coratda işıq dirəyinin aşması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO
“Corat qəsəbəsində işıq dirəklərinin aşmasına səbəb avtomobilin işıq dirəyinə çırpılması olub”.
Bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Lim10.az-a açıqlamasında bildirib.
“Hadisənin baş verməsinə səbəb avtomobilin işıq dirəyinə çırpılması olub. Belə ki, zərbənin təsirindən işıq dirəyinin biri aşıb, kabelləri dartıldığı üçün digər dirək də aşıb. Qurum əməkdaşları ərazidə səhər saatlarından çalışırlar. Hər iki dayaq yenisi ilə əvəz olunacaq və yaxın dəqiqələrdə əraziyə elektrik enerjisinin verilməsi bərpa olunacaq”, - deyə V.Aydınoğlu qeyd edib.
11:48
Güclü külək Sumqayıt şəhərində işıq dirəklərini aşırıb.
“Report”un məlumatına görə, hadisə Sumqayıt şəhəri 16-cı mikrorayon və Corat qəsəbəsi hüdudlarında baş verib.
Hadisə nəticəsində zədələnən kabellər əraziyə düşüb.
Əzizə İsmayılova