Körpə Ayanın dəstəyə ehtiyacı var: Müalicəyə getmək üçün pulları tamamlanmayıb - FOTO
Səkkiz aylıq Ayanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Nurşən Əliyeva məlumat verib.
O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir.
“Ayan ötən ilin sentyabr ayında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında getsə də, doğumdan sonra Ayanın qaraciyərində problem olduğunu öyrəndik. Müayinə və müalicə etdirsək də, hələ də bir irəliləyiş qeydə alınmayıb. Müalicələr sayəsində xəstəliyinin daha da inkişaf etməsinin qarşısını alırıq”.
Nurşən Əliyeva övladının müayinəsi üçün hazırda Türkiyəyə yollanmaq istədiklərini deyib.
“Biz analizlərimizi Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Həkimlər orada müayinə olmağımızı tövsiyə etdilər. Müayinə üçün hazırda 4 000 manata ehtiyacımız var. Bu məbləğin 3 200 manatını toplaya bilsək də, 800 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 676-14-88.
Kapital Bank: 4169 7388 3474 2516.