Azərbaycanda bank kartlarının fəaliyyətində problem yaranıb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

“Azərikard” Prosessinq Mərkəzində yaranan çətinliklərlə bağlı xəbər saytlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Lim10.az-a “Azərikard” Prosessinq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəzin bütün xidmətləri tam olaraq fəaliyyət göstərir və gün ərzində heç bir texniki çətinliklər müşahidə edilməyib.

16:06

Azərbaycanda bank kartlarında problem yaranıb.

Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb.

Pravda.az-ın məlumatına görə, “Azericard” yaranan məsələ ilə bağlı açıqlama verib.

“Azericard” proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur. Nəzərə almağınız xahiş olunur, problem qısa müddət ərzində aradan qaldırılacaq”, - deyə məlumatda qeyd olunub.

Aytac Qasımova