Güclü yağış iki rayonu birləşdirən yolu yararsız hala salıb - FOTO

Şamaxı və İsmayıllı rayonlarını birləşdirən Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.

APA xəbər verir ki, bir neçə gündür yağan yağışlar nəticəsində yolun bir neçə hissəsində torpaq sürüşüb.

Nəticədə asfalt örtüyü tamamilə dağılıb.