Nazir direktoru təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi ilə məşğul olan “İzotop” xüsusi kombinatın direktoru Fikrət Aslanov vəzifəsindən azad edilib.

“Qaynarinfo”ya daxil olan məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Fikrət Aslanov xidmətdə olmanın son yaş həddinə görə təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.