Biləsuvarda ağır avtoqəzanın TƏFƏRRÜATI: Ölən və yaralılar var - YENİLƏNİB + FOTO

Biləsuvarda baş verən qəzada yol istismar idarəsinin əməkdaşı ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun, Biləsuvar rayonunun Ağayrı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes-Benz” markalı yük maşını Şahmar Mehtiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan “Ford” markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

10:16

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.