Şəkər xəstələri güzəştli dərmanları ala bilmir  - YENİLƏNİB

Vətəndaşlara güzəştli dərmanların verilməsi niyə gecikir?

Bakı şəhər sakinlərindən Lim10.az-ın redaksiyasına kütləvi müraciətlər ünvanlanır ki, hər ayın 5-ə qədər polikilinikalardan vətəndaşlara verilməli olan güzəştli dərmanlar hələ də verilməyib. Poliklinika rəhbərlərinin sözlərinə görə güzəştli dərmanların vətəndaşlara çatdırılması onlara məlum olmayan səbəblərə görə gecikir. Polikilinikalardan verilən məlumatlara görə, güzəştli dərman almaq hüququna malik olan vətəndaşlar bu ayın sonuna qədər dərmanlar təchiz ediləcək.
Şəkər xəstəsi olan Rüxsarə xanım bizimlə söhbəptində bildirdi ki, şəkər xəstəsiyəm, dərmanları apteklərdən almaq imkanım yoxdur: "Hökumətin verdiyi güzəştli dərmanlar hesabına yaşayıram. Hökumət də yəqin bu gərmanları dayandırır ki, imkanı olmayan vətəndapşlar şəkər xəstəliyindən qırılsın. Mən başqa bir səbəb düşünə bilmirəm, neft-qaz ölkəsində güzəştli dərmanların vətəndapşa çatdırılmasında nə problem ola bilər? İndiki zəmanədə belə problemləri pul həll edir, hökumətin də pul problemi olmamalıdır. Çünki bir qəpiyi də xalqa çatmayan, sərvətimiz olan neftmiz büdcəd nəzərdə tutulduğundan 30 dollar baha - dünya bazarında 90 dollara satılır. Başqa nə problem ola bilər?"
İlk olaraq məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladır. Nazirlikdən bildirildi ki, şəkər xəstələri üçün nəzərdə tutulan dərmanları ölkəyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gətirir, TƏBİB isə dərman təchizatı ilə məşğul olur.
Məsələ ilə bağlı TƏBİB-ə bu məzmunda sorğu göndərdik: "Vətəndaşlar müraciət edir ki, hər ayın 5-ə qədər aldığımız güzəştli diabet dərmanlarını hələ də almamışıq. Polikilinikalardan isə deyirlər ki, dərmanlar ayın sonuna qədər gələ bilər. Biz bu gecikmenin səbəbini bilmək istəyirik."
Qeyd edək ki, Agentliyin bizim sorğumuza cavabı dərman təchizatının gecikməsinin səbəbləri ilə bağlı olacaq. Lakin həm Agentlik, həm də TƏBİB təsdiqlədi ki, bu ay polikilinkalar diabet xəstələri üçün verilən güzəştli dərmanlarla təchiz edilməyib.
TƏBİB sorğumuza cavabı əldə edilən kimi dərc edəcəyik.

                     ***

18.25

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda şəkərli diabet xastələrinə verilməsi üçün nəzərdə tutulan dərman və özünənəzarət vasitələri artıq ölkəyə idxall edilib: "Yaxın günlərdə dərman və özünənəzarət vasitələrinin sənədləşdirilməsi başa çatacaq və vasitələr şakərli diabet xəstələrinə çaptdırılacaq",

Dəniz