Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb.
Lim10.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 23-də saat 05:00 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Eltac Bəylər oğlu Süleymanlı ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Asiman Vaqif oğlu Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.