İyulun 27-nə keçən gecə Yer planetində maqnit qasırğası baş verəcək və bir neçə saat davam edəcək.
Lim10.az-ın xəbərinə görə, bu barədə Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.
Qeyd olunur ki, maqnit qasırğası gecə yarısına yaxın başlayacaq. Üstəlik, olduqca zəif olacaq. İlkin olaraq onun səviyyəsinin G1-dən aşağı olacağı gözlənilir.
Səhər saat səkkizə yaxın vəziyyət xeyli yaxşılaşacaq. Maqnit qasırğasının səviyyəsi sürətlə azalmağa başlayacaq. Günün ortasına və axşama yaxın vəziyyət tamamilə sabitləşəcək.