Ağdam Sənaye Parkında yeni rezident

"LEDLINE" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının bir hektar ərazisində led işıqların istehsalı müəssisəsi inşa ediləcək. Müəssisədə Çin və Türkiyə texnologiyası əsasında üç növdə led işıqlar istehsal olunacaq.

Lim10.az xəbər verir ki, investisiya həcmi 4.5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.