ARDNŞ fəhlə yataqxanasını haçan sərinləşdirəcək?
"Neftçi qardaş!
Əsas odur ki, ARDNŞ prezidenti və bütün vəzifə sahiblərinin əla mebel və soyuducu-qızdırıcı siztemlə təmin olunmuş kabinetləri, xidməti maşınları, yüksək əmək haqları olsun. Sadaladıqlarım da mövcuddur. Halaldır, ya haramdır - bunu göydəki və bəzi yerdəkilər bilir!"
Bu sözləri sıravi neftçilərin növbəti, əslində isə köhnədən qalan problemi barədə cəmiyyətə neft mədənlərində çalışanlar adından edilən müraciəti təqdim edən, tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı oz Facebook.com hesabında yazıb.
Neftçilərə istinadən M.Qəhrəmanl öz postunda yazır: "Neftçilərin bitib tükənməyən problemlərindən deyim sizə... Keçən il yadınızdadırsa, 8 saylı özüldə isitmə-soyutma sistemi haqqında siz də yazmışdınız. O vaxt məlumat verilmişdi ki, özüldə quraşdırılacaq yeni isitmə-soyutma sisteminin avadanlıqları gəmidədir, yol gəlir.
Nəzərənizə çatdırım ki, o gəmi hələdə gəlib çatmayıb ha... Öyrətmək kimi çıxsın, cənab rəhbərlər, 50 min verib kondisioner üçün kompressor almaqdansa, 100 kvadratlıq 4 dənə kondisioner alın, qoyun hər mərtəbədə, necə ki, burda AQŞ öz işçilərinə edib. Nəzərə almaq lazımdır ki, yaşayış bloku 4 mərtəbədən ibarətdir. AQŞ blokun iki mərtəbəsində öz işçiləri üçün şərait yaradıb. Digər iki mərtəbədə isə "28 May" adına NQÇİ-nin işçiləri qalır. Axı qabagdan yay gəlir, hörmətli rəhbərlər. Düzdür, siz sərin otaqlarınızda oturarkən istidən xəbəriniz olmur, amma burda istidən nəfəs almaq belə çətinləsir. Gündüz ağır iş rejimindən sonra nəftçilər gecə rahat yatmaq üçün normal temperatur olmadığından fəhlələr gecə yuxusunu normal yata bilmir və bu nə vaxtsa fəsadlar törədəcək".