“Tehranın davranışı Ankara və Bakını narahat edir”
Türkiyə prezidenti İranın davranışından narazıdır: “Tehranın davranışı Ankara və Bakını narahat edir”
Bu barədə İran mediası Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən yolda jurnaslistlərə müsahibəsində deyib:
“Zəngəzur dəhlizi Ermənistan üçün problem deyil, qeyd etmək lazımdır ki, İranla bağlı problemdir.
İranın bu məsələdə mövqeyi həm Azərbaycanı, həm də Türkiyəni narahat edir”.