Kormak Makkarti əbədiyyətə qovuşdu

“Qan meridianı” və “Qocalar üçün ölkə yoxdur” kitabının müəllifi Kormak Makkarti vəfat edib

Amerikalı yazıçı Kormak Makkarti 89 yaşında vəfat edib. Bu barədə “Variety” nəşri “Penguin Random House” kitab evinə və yazıçının oğlu Con Makkartininə istinadən xəbər verir.

“Qan meridianı” və “Qocalar üçün ölkə yoxdur” kitabının müəllifi Kormak Makkartin Santa-Fedəki evində "təbii səbəblərdən" öldüyü bildirilir.

Makkarti 20 iyul 1933-cü ildə anadan olub. İlk romanı olan “Bağçanın gözətçisi” 1965-ci ildə nəşr olunub. Lakin yazıçıya ən böyük şöhrəti onun “Qan meridianı” və “Qocalara ölkə yoxdur” əsərləri gətirib. Tommy Lee Jones və Javier Bardem ilə "Qocalara ölkə yoxdur" romanı ssenarisi əsasında çəkilmis eyni adlı film Ən Yaxşı Film nominasiyası da daxil olmaqla 4 Oskar qazanıb. 2007-ci ildə Makkarti “Yol” filminə görə Pulitzer mükafatına layiq görülüb.