Dərnəgül yolunda kilometrlərlə tıxac var

Əməkdaşlarımızın verdiyi məlumata görə, hazırda Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektində, yolun "Koroğlu" metrostansiyası istiqamətində izdahamlı tıxac yaşanır. Tıxacın uzunluğu artıq bir neçə kilometrə çatır.

Bakı kimi, tıxacların adi hala çevrildiyi şəhərdə qeyri-adi izdahama səbəb olan tıxacın səbəbi hələ bəlli deyil. Məsələ ilə bağlı müfəssəl məlumat alan kimi xəbər verəcəyik.

                               ***

15.41

Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən Z.Bünyatov prospektində ciddi sıxlıq yaşanır.