General "Laçın"da yaralanan sərhədçini yoluxdu
Dövlət Sərhəd Xidmətinin rəis müavini Laçında ermənilərin təxribatı nəticəsində yaralanan hərbçiyə baş çəkib
Dövlət Sərhəd Xidmətinin rəisi adından Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Cavid Abdullayev “Laçın” sərhəd-keçid məntəqəsində erməni təxribatı nəticəsində yaralanmış və hazırda müalicə alan hərbi qulluqçu Elşən Rüstəmova baş çəkib. Həkimlərin sözlərinə görə, hazırda hərbçinin vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.
Elşən Rüstəmov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi