Gürcüstanda bu əməliyyat dövlət tərəfindən tam maliyyələşdiriləcək


Hökumətin qərarına əsasən, qaraciyər transplantasiyası əməliyyatı tam dövlət tərəfindən maliyyələşdiriləcək.

Bu barədə Səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu günədək dövlət 120 min larilik əməliyyatın cəmi 70 min lari dəyərində olan hissəsini ödəyirdi. Yeni qərar isə ödənişin təmamilə dövlət tərəfindən ödənilməsini nəzərdə tutur:

“Qaraciyər transplantasiyası ilə bağlı dövlət 120 min larilik əməliyyatın cəmi 70 min larisini maliyyələşdirirdi. Çox hallarda geridə qalan 50.000 larinin ödənilməsində çətinliklərin olduğunu nəzərə alaraq, biz həm diaqnoz, həm də əməliyyat xərclərini tam maliyyələşdirmək qərarına gəldik. Bundan sonra qaraciyər transplantasiyası üçün tələb olunan 120 min lari tam olaraq dövlət tərəfindən ödəniləcək", - deyə nazir vurğulayıb.