Gürcüstanın Çiatura bölgəsindan olan mədən işçiləri parlament binası qarşısında çadırlar qurublar.
Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər parlamentin qarşısında qalacaqlarını bəyan ediblər. Mədənçilərin əsas tələbləri iş şəraitinin yaxşılaşdırılmasıdır. Aksiya iştirakçıları parlament önündə etirazların bu gün, saat 18:00-dan etibarən baslayacağını və davam edəcəyini bildiriblər. Bu gün saat 16:00-da mədənçilər və onların tərəfdarları Parlament önündən mədən fəaliyyətlərini həyata keçirdikləri şirkətin - “Georgian Manganium”un ofisinə doğru yürüş edəcəklər.