Gədəbəyin Söyüdlü kəndi ilə bağlı komissiya yaradıldı


Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradıldı.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyaya aşağıdakılar tapşırılır:

Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etsin;

Sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etsin;

Monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.