Həssas təbəqələrdən olan işsizlərin nəzərinə!

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar nəzərinə!


20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valideynlərə, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlərə, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlara, məcburi köçkünlərə, müharibə veteranlarına, şəhid ailələrinə müəssisə, idarə və təşkilatlarda iş yeri kvotası müəyyən edilib.
Kvotanın miqdarı ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir. Bunun da 50 faziz əlillik qrupu olan şəxslər üçün nəzərdə tutulub.


Azər Quliyev