ARDNŞ isçiləri ingilis dilini mütləq bilməlidir! Bəs Azərbaycan dilini necə...
Bu gün Neftçilərin Hüquqlarının Müdafiəsi Təskilatının sədri Mirvari xanım Qəhrəmanlı ARDNŞ-da (SOCAR) bütün işçilərin ingilis dili bilgilerinin qiymətləndirilməsi barədə aldıqları sorğu mesağına münasibət bildirən maraqlı bir post paylaşib. Doğrudan da, bura Azərbaycandır, rəsmi dövlət dili Azərbaycan dilidirsə, elə isə ARDNŞ fəhlələri nə üçün ingilis dilini müəyyənləsdirilmiş səviyyədə bilməlidir? Heç soruşan yoxdur ki, bu şirkətin işçiləri Azərbaycan dilini hansı səviyyədə bilir. Ölkədə 10-15 min ingilis dilini bilən var, onların da 99%-i Azərbaycan dilini də bilir. Qalır yerdə 100-150 nəfər Azərbaycan dilini bilməyən ingilisdilli mütəxəssislər. 100-150 nəfərə görə ARDNŞ-ın 500 min işçi kollektivi ingilis dilini öyərnməlidir ki, həmin 100-150 nəfər ingilisdilli adamlarla ünsıyyət qursun? Bu nə məntiqdir, cənablar. Olmaz ki, siz o, 100-150 nəfərə Azərbaycan dilini öyrənməyi məcbur edəsiniz? Həm dilimizi reklam edərsiniz, həm də o, ingilisə başa salarsınız ki, sərvətindən bəhrələndiyin xalqın dilini bilmək sənin borcumdur!
Mirvari xanım Qəhrəmanlının Facebook.com-da yazdığı postu olduğu kimi dərc edirik. Toxunmadıq ki, hörmətli Mirvari xanımın sərgilədiyi emosiya düzəni pozulmasın...
"Ölkəmin Konstitutsiyası var! Şirkət prezidentinə onun üçün daha anlaqlı olan dildə xatırlatma!
Information for SOCAR President Mr.Rovshan Najaf!
CONSTITUTION OF THE REPUBLIC OF AZERBAIJAN
Article 21. Official language
I. The official language of the Republic of Azerbaijan is Azerbaijani Language. The Republic of Azerbaijan guarantees the development of Azerbaijani Language.
Niyə? Məqsəd?
SOCAR-ın bütün əməkdaşlarının ingilis dili biliklərinin yoxlanması məqsədilə bütün işçilərinin mobil telefonlarına aşağıdakı mövzuda SMS göndərilmişdir.
"Hormetli SOCAR emekdashi! Ingilis dili biliklerinizin cari seviyyesinin mueyyenleshdirilmesi meqsedile kechirilen sorguda 22.06.2023 tarixinedek ishtirakiniz xahish olunur". https://bit.ly/SOCAR_English_level
Sonda da hədələyir ki, hünərin var yalan yaz. Onsuz da yoxlayacam.
Xadimələr, bağbanlar, texniki işçilər yadınızdan çıxmayıb ki?"