Daşüz kəndinin daş üzlü məmurları...
Şəkinin Daşüz kəndinin sakinləri iyunun 23-də Şəki-Zaqatala magistral yolunu bağlayıb. Kəndlilər rəsmilərin biganəliyindən gileyləniblər. Deyirlər ki, iyunun 17-də kəndə yağan dolu nəticəsində evlərinə, avtomobillərə və təsərrüfatlarına ziyan dəyib, amma onlara kömək edən olmayıb.
Rayon icra hakimiyyətinin rəsmiləri aksiya keçirən sakinlərlə görüş keçirib. Problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı deyilib.
Şəki Rayon İcra Hakimiyyətinin mətbuata açıqlamasında bildirilir ki, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumatlar verilib. Amma problem həllini nə vaxt tapacaq? Bilən yoxdur.
P.S. Deyəsən Daşüz kəndinin də sakinlərini xarici qüvvələr təxribata çəkib. Yoxsa, indiyə qədər nədən bu problemlər yada düşmurdü?!