8 saylı poliklinikaya 67 yaşlı pensiyaçı baş həkim təyin edildi - Qanun tapdalanır

Şəhla Məmmədova


Bu deyim ulularımızdan qalıb: "Qulaq gündə bir söz eşitməsə kar olar".
Uzun müddətdir ki, həkimlərin yaş həddi ilə bağlı mətbuatda böyük müzakirələr aparılır. Əmək Məcəlləsinə görə 65 yaşdan yuxarı bütün dövlət müəssisələrində çalıdanların, o cümlədən də həkimlərin dövlət tibb ocaqlarında vəzifə tutma səlahiyyəti yoxdur. Lakin Əmək Məcəlləsinin bu tələbinə heç də hər bir dövlət tibb müəssisəsində əməl edilmir.
Sözümüzə bir qədər uzaqdan, Nərimanov rayonu ərazisində yerləşən, 5 saylı xəstəxana kimi tanınan, dövlət müalicə müəssisəsinin baş həkimindən baslayacağıq. TƏBİB yarandıqdan sonra bir neçə poliklinikalar bu xəstəxananın tərkibində birləşdilər. Artıq xeyli vaxtdır ki, əlillik dərəcələrinin təyin olunması da bu poliklinikaların səlahiyyətinə verilib. 5 saylı xəstəxanaya isə, dostları arasında "012 Diskover Fazil" kimi tanınan, Fazil doktor bas hekim kimi rəhbərlik edir.
Vaxtilə rayonlardan alma gətirib satan dostları deyir ki, bu gün Fazil doktor Səhiyyə Nazirliyində söz sahibidir.
Biz də öz növbəmizdə kiçicik bir araşdırma apararaq gördük ki, dünən saat 14 radələrində Fazil doktorun adamları Nərimanov rayonunda yerləşən 8 saylı poliklinikaya, 67 yaşlı, 18 saylı poliklinikanın baş həkimi Şəhla Məmmədovanı baş həkim təyin ediblər. O, Şəhla Məmmədova ki, bir vaxtlar 18 saylı poliklinikada, Solmaz xanımın yanında işləyirdi. Sonradan Solmaz xanım 2 saylı poliklinikaya baş həkim gedəndə, Şəhla Məmmədovanı o zamankı Səhiiyyə nazirinin ən sevimli müavini olan Nigar xanımın yanına aparır və həmin gündən etibarən Şəhla Məmmədovanın vəzifə pillələrində irəliləməyə başlayır. Dünən də TƏBİB-in hüquqşünası ilə bərabər 8 saylı poliklinikaya gələn 4 nəfər vəzifəli şəxsi heyətin içərisində Şəhla Məmmədova da olub.
Redaksiyamıza məlumat verən mənbə bildirir ki, poliklinikaya daxil olan şəxslər hazırda baş həkim səlahiyyətlərini icra edən, şəhid ailəsi, 55 yaşlı həkim Gülnarə Əfəndiyevaya veşlərini yığışdır, get, sənin yerinə baş həkim təyin olunub, - deyiblər.
Budur, 55 yaşlı, hələ təqaüd vaxtına 10 il qalmış, bacarıqlı həkimin yerinə 67 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış poliklinika müdiri daha böyük poliklinikaya rəhbər təyin edilir.
Görəsən, bu məsələdən Səhiyyə naziri Teymur Musayevin, TƏBİB rəhbəri Vüqar Qurbanovun xəbəri varmı?
Mövzunu diqqətdə saxlayacağıq, araşdırmamız davam edir.