"Naftalan Qənnadı" ASC-nin 30 faizlik səhm paketi özəlləşdirilib



İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyətin səhm paketi və 22 nəqliyyat vasitəsi özəlləşdirilib.

Xidmətdən verilən məlumata görə, hərraca çıxarılan "Naftalan Qənnadı" ASC-nin 30 faizlik səhm paketi satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisəsi və obyekti, nəqliyyat vasitələri üzrə növbəti hərraclar 11,19 və 25 iyul tarixlərində keçiriləcək.