Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb

Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb

Ölkə üzrə buğda sahələrinin 50 faizində biçin aparılıb, 333 088 hektar biçilmiş sahədən 1 169 774 ton buğda yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.

Arpa sahələrinin isə 80 faizində biçin yekunlaşıb və 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir.

Ümumilikdə 658 339 hektar sahədə taxıl biçini başa çatıb, 2 164 746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.