Bakıda neft quyuları üzərində şəhər salınır!

"Neft quyularının üzərində hələ də binalar və fərdi evlər tikilir" -  hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. 
 
"15 ildir ki, neft sahəsi olan ərazilərdə fərdi evlərin və binaların tikilməsi ilə bağlı müzakirələr ortaya qoyuram, amma təəssüflər olsun ki, nəticə yoxdur. Son aylarda "Balaxanı əməliyyat şirkəti"nin yerləşdiyi ərazidə yeni tikintilər aparılıb. Dövlət nəzarəti isə isə yox səviyyəsindədir. İndi həmin ərazidə binaların tikintisi obyekt tikintisi ilə əvəzlənir. Çox istərdim ki, bu məsələyə diqqət yetirilsin", - hüquq müdafiəçisi tikinti sektorunun subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mediasiya vasitəsi ilə həlli ilə bağlı tədbirdə çıxışı zamanı deyib.
 
Mirvari Qəhrəmanlı təklif edib ki, tikinti sektoru subyektlərinin arasında hazırlanan vahid müqavilə forması MTK-ların iştirakı olmadan, müstəqil qurumlar tərəfindən hazırlanmaqla şəffaflıq təmin edilsin.